AZ

“Qərb 2025” təlimi Rusiyanın dünyaya əzələ nümayişidir”

“Qərb 2025” döyüş oyunları Rusiyanın dünyaya əzələ nümayişidir”.

Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr bildirib ki, Ukrayna müharibəsinin davam etdiyi, Qərblə münasibətlərin daha da gərginləşdiyi, ABŞ-ın sülh səylərinin nəticəsiz qaldığı bir zamanda Rusiyanın nümayişkəranə şəkildə Belarusla birgə hərbi təlimlər keçirməsi, Kremlin dünyaya göz dağı vermək niyyətindən irəli gəlir. Moskva bununla göstərmək istəyir ki, onun bundan sonra da Ukraynadakı müharibəni davam etdirməyə, Qərbin sanksiyalarına tab gətirməyə gücü var.

Məlumat üçün qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi də Rusiya-Belarus hərbi oyunları ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, bu təlim ABŞ prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün “dinc səylərinə mane olur” və “yalnız Ukrayna üçün deyil, həm də Polşa, Baltikyanı ölkələr və bütün Avropa üçün təcili təhlükə yaradır”.

S.Əliyev

 

Seçilən
17
1
moderator.az

2Mənbələr