AZ

Gəncədə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub

Yeni tədris ilinin başlanması münasibətilə YAP Gəncə şəhər təşkilatı tərəfindən 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin birinci sinfə qədəm qoyan övladlarına müxtəlif məktəb ləvazimatları hədiyyə olunub.

Bu münasibətlə keçirilən tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Vətən müharibəsi şəhidlərinin birinci sinfə gedən övladları və onların ailələri iştirak ediblər.

Əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda qəhrəmancasına vuruşaraq canından keçən şəhidlərin övladlarının qayğıları dövlətimizin daim diqqət mərkəzində olduğundan söz açılıb, şəhidlərimizin bu tədris ilində birinci sinfə gedən övladları yeni tədris ilinin başlanması münasibətilə təbrik edilib.

Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Artıq ənənə halını alan tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Seçilən
14
2
yeniazerbaycan.com

3Mənbələr