AZ

Qətəri vuran qırıcılar görün haradan havaya qalxıb: Doha hücumu ilə bağlı ŞOK FAKT

 

Dohaya edilən hücum zamanı Böyük Britaniyaya məxsus yanacaq dolduran hərbi təyyarənin İsrail qırıcılarına dəstək verdiyi iddia olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Canary” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, İsraildən Dohaya olan məsafə təxminən 2200 kilometrdir və bu, İsrailin hücumlarda istifadə etdiyi F-35 döyüş təyyarələrinin uçuş məsafəsinə bərabərdir. Buna görə də qırıcıların geri dönə bilməsi üçün havada yanacaq doldurmaları zəruri olub.

İsrailin Qəzzada 6 jurnalisti bombalayaraq öldürməsindən sonra yayılan izləmə məlumatlarında hücum bölgəsi üzərində dövrə vuran Britaniya təyyarəsi diqqət çəkib. Bu isə Starmer administrasiyasının İsrailin hücumlarında iştirakı ilə bağlı suallar yaradıb.

“Yeni məlumatlar Britaniya hökumətinin casus uçuşları həyata keçirməsi və ölkə daxilində etirazları yatırtması ilə yanaşı, İsrailin hücumlarını siyasi ört-basdır etməsi, həmçinin sülh danışıqlarına ev sahibliyi edən bir ölkənin ərazisinə yönəlmiş savaşda fəal şəkildə iştirak etməsi ehtimalını artırır”, - nəşr yazıb.

Seçilən
4
2
hurriyyet.az

3Mənbələr