Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova efirlərdə görünməməsindən danışıb.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə "Öz aramızda" verilişində məlumat verib.
İfaçı bildirib ki, efirlərə çıxmağı çox da sevmir:
"Məni axtardıqları üçün bütün jurnalistlərə təşəkkür edirəm. Verilişlərə çıxıb, hansısa mövzuda danışmaq marağında deyiləm. İzləyici qarşısına da əliboş çıxmaq istəmirəm. Çox gözəl mahnılarım var. Hamısı ard-arda çıxacaq".