AZ

Trampın 11 sentyabr terror aktlarının ildönümündə gedəcəyi yer məlum oldu

ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya 11 sentyabr terror aktlarının ildönümü ilə bağlı Pentaqonun qərargahında keçiriləcək anım mərasimində iştirak edəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb.

Tədbir Virciniya ştatının Arlinqton dairəsində yerləşən hərbi idarə binasının memorial kompleksində baş tutacaq.

Bundan əlavə, Nyu-Yorkun Manhetten bölgəsində yerləşən Milli 11 Sentyabr Memorial və Muzeyində də böyük mərasim keçiriləcək. Muzey 24 il əvvəl terror aktı nəticəsində dağıdılan Dünya Ticarət Mərkəzinin qüllələrinin yerində inşa olunub.

Seçilən
3
publika.az

1Mənbələr