AZ

"Armadil Group"la bağlı məhkəmə çəkişməsi - Əslində nə baş verir?

"Armadil Group" LLC ilə "Baku Kaspian Real İsteyts Limited" (BKRIL) arasındakı çəkişmə davam edir. 

"Unikal" Savashmedia.az-a istinadən xəbər verir ki, Armadil Group LLC, Baku Kaspian Real İsteyts Limited (BKRIL) sifarişilə iş icra etməli idi, lakin icraçı şirkət öhdəliklərini yerinə yetirməyib.

Qeyd edək ki, BKRIL-in təsisçisi tanınmış sahibkar Farhad Əhmədovdur. Sözügedən iş onun rezidensiyasında dam örtüyünün və sürüşən terasın quraşdırılmasıdır. 

Müqavilə şərtlərinə görə, Armadil Group-un faktiki rəhbəri Fəhrəddin Bağırov Avropadan materialları gətirməli, terrasanın İtaliyada istehsal edilməli idi. Lakin Fəhrəddin Bağırov müxtəlif “müqavilələr” adı ilə etibarı ələ keçirərək bütün vəsaiti alıb, lakin işlər aşağı keyfiyyətlə və çoxsaylı qüsurlarla yerinə yetirilib. İstər tikinti, istərsə də maliyyə tədqiqatları Armadil Group-un öhdəliklərini yerinə yetirmədiyini təsdiq edib. Nəticədə BKRIL-ə 4 milyon manatdan çox ziyan dəyib.

Öhdəliklərin yerinə yetirilmədiyi üçün məhkəməyə müraciət edilib. Bakı İqtisad Məhkəməsi BKRIL-in iddiasını əsaslı hesab edib və lehinə qərar çıxarıb. Qərara görə Armadil Group BKRIL-ə 862,443 ABŞ dolları ödəməlidir. 

Məsələ Bakı Appelyasiya Məhkəməsində də mübahisələndirilib. Appelyasiya Məhkəməsi də Armadil Group-un əks iddiasını (qarşı tərəfin iddiasını rədd edib) təsdiq edib. Əvvəlki qərarı ləğv edərək BKRIL-in 2,913,080 ABŞ dolları məbləğində Armadil Group-a borclu olması barədə yeni qərar çıxarıb. Daha sonra Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb.

İcra mərhələsində isə qalmaqallı məqamlar ortaya çıxıb. Belə ki, icra sənədi Sabil rayonunun icra xidmətinə göndərilib. Lakin icraçılar tərəfindən həyata keçirilən hərəkətlər ciddi suallar ortaya çıxarıb. Belə ki, onların davranışı Armadil Group-un “vəkilləri”ni xatırladıb. BKRIL-in bütün əmlakının həbs olunması, halbuki borcun real dəyəri bu əmlakın dəyərindən çox olduğunu görmədən, bu əmlakı Fəhrəddin Bağırova verilməsinə cəhd edildi.

Bu prosesdə Veto Consulting MMC də xüsusi rol oynadı. Belə ki, şirkət BKRIL-ə məxsus İcharişəhərdə yerləşən tarixi binanı (real dəyəri 20 milyondan çox manata yaxın) sadəcə, 2,5 milyon manata qiymətləndirib. Bu qiymətləndirmə də sözügedən əmlakın Armadil Group-dan alınmasına zəmin yaradıb. 

Hal-hazırda Səbail rayonu üzrə icra xidmətinin qanunsuzluğu ilə bağlı məhkəməyə müraciət edilib.

Diqqətçəkən məqamlardan biri odur ki, Armadil Group-un sabiq PA rəhbəri Ramiz Mehdiyev və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov tərəfindən himayə olunduğu bildirilir. 

Bildirilir ki, Veto Consulting MMC ilə Ramiz Mehdiyev arasında əlaqə mövcuddur. Bu səbəbdən tarixi obyektin qiymətinin aşağı salınması və qanunsuz şəkildə mülkiyyətdən çıxarılması ilə bağlı işlər “xüsusi dəstək” ilə əlaqələndirilir. 

Digər tərəfdən məhkəmə proseslərində və xüsusən icra mərhələsində Armadil Group-a hüquqi dəstək göstərənlər arasında hazırkı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynovun adının da hallandığı iddia edilir.

Seçilən
3
1
unikal.az

2Mənbələr