AZ

Azərbaycandan gətirilən ülgüclər Rusiyada biznesə çevrilir

Koltsovo Hava Limanında gömrük əməkdaşları Bakı–Yekaterinburq reysi ilə gələn sərnişini saxlayıblar. Onun baqajına baxış keçirilən zaman 6 ədəd saç kəsmə aparatı, bir qab mum və ümumilikdə 5 kiloqramdan artıq bal aşkarlanıb.

Ural Gömrük İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu məhsullar gömrük bəyannaməsində qeyd olunmayıb. Sərnişin izahatında bildirib ki, ülgücləri Bakıda öz şəxsi bərbərxanası üçün alıb və bəyannamə təqdim etməli olduğunu bilməyib.

“Sərnişin gömrük qaydaları ilə tanış olmadığını, bəyannamə doldurmadığını və məlumat stendlərinə yaxınlaşmadığını bildirib”, – deyə Gömrük İdarəsi açıqlayıb.

Hazırda həmin şəxs barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinin 1-ci hissəsi (malların bəyan edilməməsi) üzrə inzibati xəta işi açılıb.

Seçilən
8
veteninfo.az

1Mənbələr