AZ

Kristian Eriksenin yeni klubu rəsmən açıqlandı

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Kristian Eriksenin “Volfsburq”a transferi rəsmiləşib. SİA-nın verdiyi məlumata görə, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb. Danimarka millisinin üzvü yeni klubuna azad agent kimi keçib.

Qeyd edək ki, Eriksen "Ayaks", "Tottenhem" və "İnter"də də çıxış edib.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
5
1
sia.az

2Mənbələr