Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) sentyabrın 9–12-də İtaliyanın Milan şəhərində keçirilən “Gastech 2025” sərgisində innovativ stendi ilə təmsil olunur.
Şirkətin məlumatına görə, pavilyonda Cənub Qaz Dəhlizi, “Şahdəniz” qaz-kondensat yatağı, TANAP və TAP boru kəmərləri, “Abşeron” İHS platforması və “SOCAR Karbamid” zavodu kimi strateji layihələri əks etdirən video materiallar nümayiş olunur.
Bununla yanaşı, təbii qazın hasilatı, emalı, nəqli, saxlanması və qaz-kimya sənayesi sahələrini əhatə edən posterlər və infoqrafikalar sərgi iştirakçılarına təqdim edilir.