AZ

Sergen bu iki oyunçunu "Beşiktaş"da görmək istəmir

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın iki futbolçunu heyətdə istəmir.


Manset.az-ın əldə etdiyi məlumata görə, transfer pəncərəsinin bağlanmasına cəmi bir gün qalmış Joao Mario və Jonas Svenssonun komandadan göndərilməsi gündəmdədir. Rəhbərlik hazırda iki futbolçunun ya icarə, ya da transfer yolu ilə ayrılması üçün danışıqlar aparır.

Sağ cinah müdafiəçiləri Taylan Bulut və Gökhan Sazdağının transferindən sonra sıradan çıxarılan Svenssonun "ağ-qaralar"dan ayrılacağı bildirilir. Joao Mario yeni klub axtarır, lakin maliyyə şərtləri razılaşdırılmasa klubda qala bilər.

Seçilən
1
manset.az

1Mənbələr