AZ

Azərbaycan avqustda "OPEC+" kvotasından gündəlik 94 min barel geri qalıb

Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 457 min barel təşkil edib.

FED.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında bildirilir.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı iyul ayı ilə müqayisədə 4 min barel azdır.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, avqustda faktiki hasilat 94 min barel geriləyib. (Report)

Seçilən
100
fed.az

1Mənbələr