AZ

"Çelsi"nin azarkeşlərinə BƏD XƏBƏR: Xalları silinəcək

İngiltərə Futbol Assosiasiyası (FA) London təmsilçisi "Çelsi" klubunu agentlərlə iş prinsiplərini sistemli şəkildə pozmaqda rəsmi olaraq ittiham edib.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, "Çelsi" 2009-2022-ci illər arasında agentlərlə əməkdaşlıq qaydalarını 74 dəfə pozub.

Söhbət futbolçuların transferi zamanı aparılan danışıqlarda şəffaflıq, müqavilə şərtləri və maliyyə öhdəliklərinin pozulmasından gedir.

FA tərəfindən irəli sürülən ittihamlar təsdiqlənərsə, "Çelsi" klubunu xal silinməsi və transfer qadağası da daxil olmaqla ciddi sanksiyalar gözləyir.

Məsələ ilə bağlı əlavə araşdırmaların davam etdiyi və qərarın yaxın həftələrdə açıqlanacağı bildirilib.

Seçilən
8
1
demokrat.az

2Mənbələr