AZ

Azərbaycanda kirayə qiyməti artıb: "Haradadır sizin vicdanınız?"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

"400-450 manata olan evləri 600-700 manata kirayə verirlər", - kirayə ev axtaran tələbələrdən biri sosial mediada belə yazıb.

Son bir neçə həftədir Bakı, Gəncə, Mingəçevir, Lənkəran şəhərlərində kirayə evlərin qiymətində 30-40 faiz bahalaşma olduğu deyilir.

"Sabahdan küçələrdə skamyanın üstündə yatan adam görsəniz, o mənəm", - Şahlar adlı sosial media istifadəçisi kirayə evlərin baha olmasına bu cür reaksiya verib.

Qiymətlərin artmasına səbəb kimi bir neçə gündən sonra yeni tədris ilinin başlaması göstərilir.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Videoya YouTube kanalımızda baxın.

BBC Azərbaycancaya danışan bəzi ev axtaranlar qiymətlərin ötən illə müqayisədə 50-70 manat arasında, universitetlərə yaxın yerlərdə isə 100-150 manat bahalaşdığını bildiriblər.

Hazırda paytaxt Bakıda metroya yaxın 2 otaqlı əşyalı evin ən ucuz aylıq qiyməti 550-600 manatdan başlayır.

Bu evdə 3 tələbə yaşayarsa, adam başına 200 manat düşür.

Sevin Mustafayeva adlı istifadəçi isə bildirib ki, minimum əmək haqqı 400 manat olan ölkədə, yazıq kəndli 200 manatı hardan tapıb versin balasına.

Digər sosial media istifadəçisi isə yazıb ki, "keçən il 4 nəfərə 600 manata qaldığımız evi indi ev sahibi 750 manata deyir bizə. Haradadır sizin vicdanınız?" – deyə sual edir.

"Dövlət milləti soyur, səsimiz çıxmır, kirayə baha olanda niyə insafsızlıq olur ki", - Şeyx Zadə adlı digər sosial media istifadəçisi qiymət artımı ilə bağlı narazılıqlara belə reaksiya verib.

Universitetlərin bir çoxunun tələbələr üçün nisbətən ucuz yataqxanaları olsa da, yer sayı məhduddur.

Azərbaycan mediası yazır ki, bu cür yataqxanalarda bir tələbə üçün qiymətlər 60 manatdan başlayır və xidmətdən asılı olaraq 250 manatadək dəyişir.

Bir neçə tələbə yataqxanasından BBC Azərbaycancaya bildiriblər ki, onlarda yerlər artıq avqustun sonlarında dolub.

Bir çox tələbə yataqxanalarında isə keçmiş köçkünlər məskunlaşdığı üçün tələbələrə verilmir.

Seçilən
29
bbc.com

1Mənbələr