AZ

Balidə güclü daşqın - ölənlər var

İndoneziyanın Bali adasında və Şərqi Nusa Tenggara əyalətində güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununl abağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində 20 nəfər həyatını itirib, 6 nəfər isə itkin düşüb.

Ölkədə 8 sentyabrda başlayan güclü yağışlar, Bali adası və Şərqi Nusa Tenggara əyalətində daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Rəsmilər bildiriblər ki, daşqın sularının çəkilməsindən sonra itkin düşən 6 nəfəri tapmaq üçün qurtarma qrupları çaylarda və kəndlərdəki dağıntılar arasında axtarış-xilasetmə işlərinə başlayıblar.

Yağışlardan sonra çayların daşması nəticəsində Bali adasında 9 şəhər və rayon zərər çəkib, yüksələn sular səbəbilə ən azı 120 məhəllə su altında qalıb və bir çox yerdə torpaq sürüşmələri baş verib.

Seçilən
64
1
operativmm.az

2Mənbələr