BAKI, 11 sentyabr. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinə qarşı sanksiyaların ləğvi prosesinə başladığına görə ABŞ-yə təşəkkür edib.
Teleqraf xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
“Bizə qarşı sanksiyaları ləğv etməyə başladıqlarına görə onlara təşəkkür edirəm, bunlar işimizi asanlaşdıracaq. Bu da çox vacibdir”, - Belarus lideri bildirib.