AZ

Avropa İttifaqı "Bakı Su Dialoqu"na maliyyə dəstəyi göstərməkdə maraqlıdır

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) "Bakı Su Dialoqu"na maliyyə dəstəyigöstərməyə maraq bildirib.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi(XİN) İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin AllahverdiyevBakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi vəKonfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) ikinci günündəçıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə gələcək fəaliyyətlər üçünmüəyyən maliyyə resurslarının ayrılması nəzərdə tutulur: "Hazırdaölkələr yeni milli iqlim planlarını (NDC-lər) hazırlamaqdadır. İlinsonunadək onların açıqlanması gözlənilir. Biz ümid edirik ki, buplanlarda su ölçüsü də nəzərə alınacaq".

"Milli adaptasiya planları və milli bioloji müxtəliflikstrategiyaları çərçivəsində də su məsələsinə xüsusi diqqətyetiriləcək. Çünki su təkcə iqlim deyil, həm də bioloji müxtəliflikvə səhralaşmaya dair konvensiyaların kəsişdiyi bir məsələdir", -deyə XİN rəsmisi qeyd edib.

Seçilən
65
az.trend.az

1Mənbələr