AZ

Tramp ABŞ-ın Polşada hərbi mövcudluğunu təsdiqləyib

Polşa prezidentinin mətbuat katibi Rafal Leskieviç bildirib ki, ABŞ prezidenti Donald Tramp dünən axşam Polşa prezidenti Karol Navroçki ilə telefonla danışıb.

Busaat.az xəbər verir ki, Tramp danışığı zamanı ölkədə Amerika hərbi varlığının davam etdiyini təsdiqləyib.

“Prezident Karol Navroçki dünən axşam prezident Donald Trampla danışıb və hər şeydən əvvəl NATO-nun şərq cinahında təhlükəsizliyin gücləndirilməsi və təmin edilməsində ABŞ-ın dəstəyinə dair təminatları dinləyib”, – deyə Leskieviç bildirib.

“O, müttəfiqlərin dəstəyini təsdiqləyib, Polşada Amerika qoşunlarının saxlanmasını, bu Amerika kontingentinin Polşada saxlanmasını təsdiqlədi”, – mətbuat katibi əlavə edib.

Yeganə

 

Seçilən
6
5
busaat.az

8Mənbələr