AZ

Saşa İliç Qubada yalnız onun xidmətindən faydalana bilməyəcək

Misli Premyer Liqasının 4-cü turunda Qubada "İmişli"nin qonağı olacaq "Sumqayıt" oyuna bir itki ilə çıxacaq.

Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:

"Komandada cəzalı oyunçu yoxdur. Hazırda yalnız bir zədəli futbolçumuz var ki, o da U-21-in oyununda duzindən xəsarət alan Ayxan Süleymanlı. Düzdür, Süleymanlının bu gün səhər keçdiyi MRT müayinəsinin nəticəsi hələ açıqlanmayıb, amma böyük ehtimalla, "İmişli"yə qarşı oynamayacaq".

Qeyd edək ki, "İmişli" - "Sumqayıt" qarşılaşması sentyabrın 13-də keçiriləcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda reallaşacaq matçın start fiti 16:30-da səsləndiriləcək.

Nihat 

Seçilən
10
2
fanat.az

3Mənbələr