AZ

“Qarabağ” üçün 800 manatından keç, bu imkanı əldə et

Azərbaycanda fəliyyət göstərən turizm şirkətləri “Qarabağ”la bağlı hərəkətə keçib.

Çempionlar Liqasının Liqa mərhələsinin püşkatmasından sonra sosial media platformalarında bununla bağlı elanlar yerləşdirilməkdədir.

Azərbaycan çempionu noyabrın 26-da İtaliyanın Napoli şəhərində “Napoli”nin qonağı olacaq.

Bu oyunu stadionda canlı izləmək üçün əla fürsət yaranıb.

Belə ki, 379 avro (təxminən 800 manat) ödəməklə bu imkanı əldə etmək mümkündür.

Qeyd olunan qiymətə aviabilet, oteldə yerləşmə, daxil qatar biletləri və səhər yeməyi daxildir. Məskunlaşma tarixləri 24-27 noyabr (3 gücə, 4 gün) üçün nəzərdə tutulub.

Vaxt keçdikcə qiymətdə artımın olması qaçılmazdır.

Belə bir imkanın yaranması ilə “Napoli” – “Qarabağ” qarşılaşmas zamanı stadionda azərbaycanlı futbolsevərlərin çoxluq təşkil edəcəyini ehtimal etmək olar.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
7
sportinfo.az

1Mənbələr