AZ

Qlobal sülhə sadiqliyin nümayişi

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Çin Xalqının Yapon təcavüzünə qarşı Müqavimət Müharibəsində və İkinci Dünya müharibəsi çərçivəsində keçirilmiş Dünya Antifaşist Müharibəsində qələbənin 80 illiyi münasibətilə Pekində möhtəşəm hərbi parad təşkil olundu. Prezident Si Cinpinin rəhbərliyi ilə keçirilən bu tədbir sadəcə xatirə mərasimi deyildi. Bu, Çinin tarixi qurbanlarının dərin ehtiramı, sülhə sarsılmaz bağlılığının və qlobal miqyasda məsuliyyətli liderliyin bariz ifadəsi idi. 

Prezident Sinin paradda etdiyi çıxış həm təntənəli, həm də uzaqgörən xarakter daşıyırdı. O, dünyaya xatırlatdı ki, Çin xalqının İkinci Dünya müharibəsində göstərdiyi müqavimət ayrı-ayrı bir regional mübarizə deyildi, faşizmə qarşı qlobal döyüşün həlledici cəbhəsi idi. Çin xalqı nəhəng qurbanlar verdi – on milyonlarla insan həyatını itirdi, şəhərlər dağıdıldı, bütöv nəsillər dərim mənəvi və fiziki travmalar yaşadı. Bütün bunlar yalnız vətəni qorumaq üçün deyil, həm də bəşəriyyətin ortaq dəyərlərini müdafiə etmək üçün idi. Bu baxımdan, Çinin həmin müharibədəki rolu bu gün onun mənəvi nüfuzunun təməl daşlarından biri kimi qeyd edilməlidir. 

Si Cinpin vurğuladı ki, tarix bir güzgüdür və keçmişin dərsləri gələcəyimizə yol göstərməlidir. Onun sözləri tarixi yaddaşsızlığın, keçmişin faciələrini təhrif etməyin və ya kiçiltməyin təhlükələri barədə xəbərdarlıq idi. Bəzi ölkələr, hələ də tarixi həqiqətləri tam şəkildə qəbul etməkdən yayınsa da, Çin daim səmimiyyətə, yaddaşın silinməzliyinə və barışığa çağırıb. Bu məqam Çinin beynəlxalq münasibətlərdəki yetkinliyini və mənəvi aydınlığını bir daha önə çıxarır. Odur ki, hərbi parad güc nümayişi deyil, sülhə ehtiram idi. Bu, Çin xalqının və onun silahlı qüvvələrinin belə faciələrin bir daha təkrarlanmamasına dair iradəsinin rəmzinə çevrildi. Tədbir təcavüz deyil, təntənə və birlik nümayiş etdirdi. Geosiyasi prizma ilə tez-tez qiymətləndirilən Çin Xalq Azadlıq Ordusu (ÇXAO) yalnız hərbi gücünü deyil, həm də həmrəyliyini, peşəkarlığını və sülhün qorunması, milli müdafiə ilə bağlı dərin missiya hissini ortaya qoydu. 

Prezident Si bir daha vurğuladı ki, sülh yolu ilə inkişaf Çinin milli strategiyasının mərkəzində yer alır. Tez-tez hərbi müdaxiləyə və birtərəfli sanksiyalara əl atan bəzi qlobal güclərdən fərqli olaraq, Çin dialoqu, qarşılıqlı hörməti və diplomatik həlləri müdafiə edir. Bu, sadəcə ritorika deyil. Praktiki müstəvidə Çin suverenliyin qorunmasına, daxili işlərə qarışmama prinsipinə və çoxtərəfli əməkdaşlığa daim önəm verir. Bu prinsiplər inkişaf etməkdə olan ölkələrlə və sülhsevər xalqlarla dərin rezonans doğurur. Cənab Si Cinpin bir daha vurğuladı ki, sülh yolu ilə inkişaf Çinin milli strategiyasının əsasını təşkil edir. Tez-tez hərbi müdaxiləyə və birtərəfli sanksiyalara əl atan bəzi qlobal güclərdən fərqli olaraq, Çin dialoqu, qarşılıqlı hörməti və diplomatik həlləri müdafiə edir. Bu, sadəcə ritorika deyil. Əslində Çin dəfələrlə suverenliyi, daxili işlərə qarışmama prinsipini və çoxtərəfli əməkdaşlığı önə çəkib. Bu prinsiplər isə inkişaf etməkdə olan ölkələr və dünyanın sülhsevər xalqları ilə dərin şəkildə səsləşir. 

Münaqişə, proteksionizm və blok yanaşmalarının getdikcə daha çox üstünlük təşkil etdiyi beynəlxalq mühitdə Çin qlobal əməkdaşlığı təşviq etməkdə və hərbiləşmə dalğasına qarşı çıxmaqla prinsipial mövqeyini qoruyub. Məsələn, “Bir kəmər, bir yol” təşəbbüsü təkcə iqtisadi layihə deyil, həm də qitələr arasında əlaqələri, mədəni mübadiləni və ortaq rifahı təşviq edən sülh təşəbbüsüdür. Çinin beynəlxalq münasibətlərə yanaşmasının ən cəlbedici məqamlarından biri hökmranlıq deyil, diplomatiyaya üstünlük verməsidir. Müşahidəçilərin qeyd etdiyi kimi, Çin strateji məqsədlərinə zor gücü ilə deyil, danışıqlar və tərəfdaşlıq yolu ilə nail olmağın nümunəsinə çevrilib. Bu, Çinin regional mübahisələrin həllində fəal vasitəçi kimi çıxışında, sülh danışıqlarına dəstəyində və BMT sülhməramlı missiyalarına töhfəsində aydın görünür. 

Birtərəfli sanksiyalar tətbiq edən və ya rejim dəyişikliyi siyasəti aparan güclərdən fərqli olaraq, Çinin yüksəlişi əsasən sülh yolu ilə baş verib. Çin nə ideologiya ixrac edir, nə başqa ölkələrin daxili siyasətinə qarışır, nə də kiçik dövlətləri itaətə məcbur edir. Əksinə, Çin konsensus əsasında qurur, milli suverenliyə və mədəni özünəməxsusluğa hörmət edən inkişaf modelini təqdim edir. Bu təhdidkarsız mövqe Çinə Qlobal Cənub ölkələrində geniş hörmət qazandırıb. Bir çox dövlətlər Çini öz arzularını və çətinliklərini anlayan tərəfdaş kimi görürlər. Si çıxışında vurğuladığı kimi, Çin tarixin ədalətli və doğru tərəfində dayanır. Bu, daha ədalətli və inklüziv beynəlxalq nizam axtaran ölkələrin böyük əksəriyyətinin mövqeyi ilə üst-üstə düşür. 

Parada və Sinin müşayiətçi çıxışında həmçinin Çinin beynəlxalq ədalət və haqlılığın qətiyyətli müdafiəçisi kimi mövqeyi bir daha təsdiqləndi. Böyük güclər arasındakı rəqabətin qlobal idarəetməni tez-tez zəiflədiyi bir dünyada, Birləşmiş Millətlər Təşkilatını, beynəlxalq hüququ və mübahisələrin sülh yolu ilə həllini müdafiə edən Çinin ardıcıl mövqeyi getdikcə daha həyati əhəmiyyət kəsb edir. 

Çinin mövqeyi passiv neytrallıq deyil, fəal sülh quruculuğudur. İqlim dəyişmələri ilə bağlı danışıqlardan tutmuş qlobal ictimai sağlamlığa, infrastrukturun inkişafından yoxsulluğun azaldılmasına qədər bir çox sahədə Çin məsuliyyətli qlobal tərəfdaş kimi irəli çıxıb. COVID-19 pandemiyası da daxil olmaqla qlobal böhranlara verdiyi cavab həmrəyliyin bariz nümunəsinə çevrildi. Belklə ki, Çin 150-dən artıq ölkə ilə tibbi ləvazimatları, vaksinləri və mütəxəssis potensialını bölüşdü. 

Çinin gücü əsasən müdafiə və inkişaf xarakteri daşıyır. Prezident Sinin açıq şəkildə bəyan etdiyi kimi, Çin həm öz sülh yolu ilə inkişafını qorumaq gücünə malikdir, həm də qlobal sülhə töhfə vermək iradəsini daşıyır. Onun hərbi modernləşməsi ekspansionist məqsədlərə deyil, müharibənin qarşısını almağa və regional sabitliyi qorumağa xidmət edir. Bu fərq olduqca vacibdir. Çin rəhbərliyi yaxşı anlayır ki, həqiqi sülh silah üstünlüyü ilə deyil, ortaq rifah, etimad və qarşılıqlı hörmət yolu ilə mümkündür. Dünya getdikcə daha sıx inteqrasiya proseslərinə cəlb edildikcə bu vizyonun əhəmiyyəti də misilsiz dərəcədə artır. Beynəlxalq ictimaiyyət, xüsusən də ŞƏT, BRİCS və inkişaf etməkdə olan ölkələr Çinin sülh yolu ilə inkişafına artan dəstək ifadə edir. Onlar Çini təhdid kimi deyil, qarışıq bir dünyada sabitləşdirici qüvvə kimi görür. İstər Cənub-Cənub əməkdaşlığının təşviqində, istər humanitar yardımlara töhfədə, istərsə də çoxtərəfli əməkdaşlığın müdafiəsində Çin konstruktiv tərəfdaş kimi çıxış edir. 

Prezident Sinin yerində söylədiyi kimi, sülh və inkişaf bəşəriyyətin ortaq arzularıdır. Çinin baxışı bu qlobal istəklə yalnız sözlərdə deyil, davamlı fəaliyyətdə də üst-üstə düşür. Onun sülh yolu ilə yüksəlişi təkcə müharibə dövrlərində yaşadığı təcrübələrdən irəli gələn tarixi zərurət deyil, həm də Konfutsi fəlsəfəsinə, sosialist dəyərlərə və beynəlxalq məsuliyyətə əsaslanan şüurlu strateji seçimdir.

Çinin faşist təcavüzünə qarşı qələbəsinin 80 illiyinə həsr olunmuş yubiley təkcə milli düşüncə anı deyil, həm də qlobal mesaj oldu. O, bir daha xatırlatdı ki, sülhü qazanmaq böyük qurbanlar hesabına başa gəlir və daim qorunmalıdır. Diplomatik fəaliyyəti, inkişaf təşəbbüsləri və tarixi yaddaşı vasitəsilə Çin sülhün, ədalətin və qlobal əməkdaşlığın müdafiəçisi rolunu davam etdirir. 

Münaqişələr və rəqabət səbəbindən parçalanan bir dünyada Çinin mesajı aydın və inandırıcıdır: sülh yeganə yoldur və Çin bu yolu güc, müdriklik və sarsılmaz iradə ilə davam etdirəcək. 

Mühəmməd Zamir Əssədi

Çin Beynəlxalq Mətbuat və Kommunikasiya Mərkəzinin media mükafatçısı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
xalqqazeti.az

2Mənbələr