AZ

Avropa Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Avropa Mərkəzi Bankı (AMB) faizləri sabit saxlamaq qərarı verib.

Marja xəbər verir ki. AMB depozit faizini 2%, əsas refinansman faizini 2,15%, marjinal kredit faizini isə 2,40% səviyyəsində saxlayıb.

Bloomberg-in sorğusuna qatılan iqtisadçıların gözləntiləri də bu istiqamətdə olub.

AMB açıqlamasında bildirib: “Hazırda inflyasiya orta müddətli hədəf olan 2% ətrafındadir və İdarə Heyətinin inflyasiya proqnozuna dair qiymətləndirməsi ümumilikdə dəyişməyib”.

Yenilənmiş üç aylıq proqnozlar göstərir ki, gələn il istehlak qiymətləri 1,7% artacaq; bu əvvəlki 1,6% proqnozundan hədəfə daha yaxın səviyyə hesab olunur.

Lakin 2027-ci ildə istehlak qiymətləri əvvəlki proqnozdan daha az, yəni 1,9% artacaq. Cari ildə ÜDM-in 1,2%, 2026-cı ildə isə 1% artacağı gözlənilir.

 
 
Seçilən
13
1
marja.az

2Mənbələr