“Mən uzun müddət düşündüm – Putin axmaq adam deyil. Mən onu tanıyıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyanın Xalq artisti Alla Puqaçova jurnalist Katerina Qordeyevaya müsahibəsində deyib.
2022-ci ildə Rusiyanı tərk etməsindən və Rusiya Prezidenti Vladimir Putinə münasibətindən danışıb:
“Mən Putinə səs verdim və çox sevindim: Birincisi, o, heyrətamiz dərəcədə düzgün sözlər söyləmişdi. Hətta Ukrayna haqqında. Düşündüyüm hər şeyi demişdi. O, sadəcə bir kumir idi. Təbii ki, indi mənim üçün şokdur”.
Qeyd edək ki, Alla Puqaçova 2022-ci ildə İsrail vətəndaşlığını aldıqdan sonra Ukraynadakı müharibəyə qarşı çıxaraq Rusiyanı tərk edib.
Bizim.Media