AZ

Anasını itirən aktrisa paylaşımı ilə hər kəsi qorxuya saldı FOTOlar

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Anası Meltem Vuralı itirən aktrisa Nilperi Şahinkaya gecə yarısı paylaşdığı mesajla izləyicilərini narahat edib.

Milli.Az xəbər verir ki, o, anasının fotosunu "Canlarım, mən anamsız yaşaya bilmirəm. Dəstəyiniz üçün təşəkkür edirəm. Məni bağışlayın" qeydi ilə paylaşsa da, qısa müddət sonra silib.

30 avqustda anasını xərçəng səbəbindən itirən Şahinkaya sosial mediada tez-tez duyduğu həsrəti dilə gətirirdi. Son paylaşımı isə pərəstişkarları arasında ciddi narahatlıq yaradıb. Bir müddət ona ulaşıla bilməməsi, evdə qəbul etdiyi dərmanlar səbəbindən huşunu itirdiyi iddialarını gündəmə gətirib.

Hadisədən sonra "Gel Konuşalım" proqramı aktrisanın sakitləşdirici qəbul etdiyini və hazırda vəziyyətinin yaxşı olduğunu bildirib.

Keçmiş sevgilisi Emre Yusufi də sosial şəbəkədə "Hər şey yolundadır" paylaşımı ilə izləyicilərin narahatlığını azaldıb.

Kənan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
2
news.milli.az

3Mənbələr