AZ

“Napoli”nin futbolçusu Rusiya klubunda

“Napoli”nin 19 yaşlı serbiyalı yarımmüdafiəçisi Matiya Popoviç Rusiyanın ÇSKA klubuna keçir.

İdmanxeber.az xəbər verir ki, məlumatı insayder Fabritsio Romano yayıb. Transfer məbləği açıqlanmasa da, “Napoli” növbəti satışdan 10 faiz pay saxlayacaq.

Popoviç 2024-cü ildə “Partizan”dan “Napoli”yə keçib, sonradan “Montsa”da icarədə oynayıb və ötən mövsüm italiyalıların U-19 komandasında çıxış edib. O, Serbiya U-19 millisində 10 oyuna 2 qol vurub.

 

Seçilən
15
idmanxeber.az

1Mənbələr