AZ

3 kiloqram marixuananı şüşə qablarda gizlətdi - VİDEO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı Daşqın Əhmədov saxlanılıb.
 
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Moderator.az-a verilən məlumata görə, ondan 44 ədəd şüşə qabda qablaşdırılmış 3 kiloqrama yaxın olan marixuana aşkarlanıb. 
 
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 
 
Araşdırmalar davam etdirilir.

Seçilən
13
21
moderator.az

10Mənbələr