AZ

Marketdən 223 şokolad oğurlayıb yeyən qadın saxlanıldı

Şokoladları oğurlayıb yeyən qadın saxlanılıb.

Milli.Az xəbər verir ki, Xabarovskda ( Rusiya ) polis 40 yaşlı qadını oğurluğa görə saxlayıb. O, bir supermarketdən 223 ədəd şokolad oğurlayıb və onları yeyib.

Polis araşdırmasında müəyyən edib ki, qadın mağazaya girərək şokoladları götürüb və ödəniş etmədən çıxıb. Oğurluq nəticəsində mağazaya təxminən 30 min rubl zərər dəyib.

Məlum olub ki, qadın əvvəllər də bu kimi əməllərə görə məsuliyyətə cəlb olunub. İndi onun barəsində oğurluq maddəsi üzrə cinayət işi açılıb və iki ilə qədər azadlıqdan məhrum edilmə təhlükəsi var.

İsmayıl
Milli.Az

 
Seçilən
16
1
milli.az

2Mənbələr