AZ

İki sol cinah müdafiəçin var, yeni “bayquş” nəyə gərək?

“Sabah” heyətini sol cinah müdafiəçisi ilə gücləndirib. Masazır təmsilçisi Almaniyanın 2-ci bundesliqasında mübarizə aparan “Holştayn”dan Timoteuş Puxaçı birilliyə icarəyə götürüb. Maraqlı məqam budu ki, Puxaç polşalıların dilində bayquş deməkdi, “Sabah”ın əsas ləqəbi də elə “bayquşlar”dı.

Hazırda Dambrauskasın sərəncamında iki sol cinah müdafiəçisi var – Rəhman Daşdəmirov, Boyan Letiç. Bəs onda yeni col cinah müdafiəçisinə nə ehtiyac var?
“Bayquşlar” yeni mövsümdə iki qol buraxıb. Heç biri də sol cinahın günahı deyil. Düzdü, Puxaç keyfiyyətli futbolçudu, Polşa yığmasının formasını geyir. Amma ehtiyac varmı? Azərbaycan çempionatında çıxış edə-edə milliyə çağrılarmı? Bunlar ritorik suallardı.

Yəqin ki, Puxaç əsas heyətdə oynayacaq. 1,5 milyon avro “transfermarkt” qiyməti olan futbolçunun gəlişi Rəhmanla Boyanı ehtiyat oyunçuya çevirəcək. Bəlkə də Dambrauskas 5 yarımmüdafiəçi ilə oynayıb, onlardan birindən lateral kimi yararlanacaq - amma inandırıcı deyil. Kəmiyyətın artması həmişə keyfiyyətlə düz-mütanəsib olmur. Ümid edək ki, masazırılar belə problemlə qarşılaşmaz.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
1
1
football-plus.az

2Mənbələr