AZ

Özbəkistanda ali təhsil alan qadınlara güzəşt ediləcək

BAKI, 11 sentyabr. TELEQRAF

Özbəkistan Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə ali təhsil müəssisələrində təhsil alan və sosial dəstəyə ehtiyacı olan qadınlar üçün geniş imkan yaradılıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.

Qərara əsasən, bu kateqoriyadan olan qadınların müqavilə üzrə ödənişləri (təhsil haqqı) tam dövlət tərəfindən ödəniləcək. Qeyd edilib ki, bu qərar minlərlə tələbə və onların ailələri üçün əlavə rahatlıq yaradacaq.

Müəyyən edilmiş qaydalara əsasən, aşağıdakı kateqoriyalarda olanlar bu yardımı almaq hüququna malikdirlər:

Aztəminatlı və ya rəsmi olaraq yoxsul hesab edilən ailələrin övladları;

Yetim və ya valideyn himayəsindən məhrum olmuş gənclər;

Həyat yoldaşını itirmiş və uşaqlarını tək böyüdən qadınlar.

Güzəştdən yararlanmaq üçün qadınlar təhsil aldıqları ali təhsil müəssisəsinin qəbul komissiyasına ərizə ilə müraciət etməlidirlər. Bütün lazımi məlumatlar avtomatik olaraq dövlət elektron məlumat bazaları vasitəsilə əldə edilir.

Seçilən
55
teleqraf.com

1Mənbələr