AZ

“Çermet”də hərəkətin təşkilinə ciddi nəzarət olunmalıdır NƏQLİYYAT EKSPERTİ VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nərimanov rayonu Keşlə bazarə yaxınlığında yaranan tıxac sakinlərin gündəlik həyatını çətinləşdirir. Avtoafer.az xəbər verir ki, bəzi küçələrin bağlanması nəqliyyatın hərəkətini iflic edib. Vətəndaşların sözlərinə görə, nə işə gedə bilirlər, nə də evlərinə rahat daxil ola bilirlər.

Sakinlər sosial şəbəkələrdə bu problemlə bağlı narazılıqlarını bildiriblər. Onlar qeyd edirlər ki, bazar ərazisindən gələn avtomobillər küçələri tutaraq saatlarla hərəkəti məhdudlaşdırır:

Vətəndaş bildirib ki, yaranan sıxlıq səbəbilə Habil Mirzəyev küçəsi tamamilə bağlanıb:

“Bütün günü vəziyyət tıxacdır. Əhməd Rəcəbli ilə Keşlə bazarını bağlanıb. Nə evimizə girə bilirik, nə çıxa bilirik. Saatlarla dar küçələrdə qalıb yol gözləyirik. Heç kim də bu vəziyyətə tədbir görmür. Küçələr dardır və avtomobillər bu küçələrdə ikitərəfli hərəkət etmək istəyirlər”.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, ara məhəllələr və ara küçələr əslində alternativ yol kimi çox səmərəlidir: 

“Sürücülərin bu küçələrdən düzgün istifadə etməsi əsas yollardakı sıxlığın azalmasına gətirib çıxarır. Amma həmin ərazilərdə hərəkət düzgün tənzimlənmir. Burada həm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, həm də yol polisi tərəfindən analiz aparılmalıdır. Küçələrin buraxıcılıq gücü yoxlanmalı, istiqamətlər müəyyənləşdirilməlidir. Belə dar küçələrdə iki tərəfli hərəkət mümkün deyilsə, onlar bir tərəfli hərəkət kimi müəyyən olunmalıdır. Giriş-çıxış nişanları qoyulmalı, nəzarət gücləndirilməlidir. Əgər bu küçələr düzgün şəkildə nizamlanarsa, alternativ yol kimi çox böyük fayda verə bilər”. 

Ekspert qeyd edib ki, təəssüf ki, qurumlar belə halların qarşısının alınması üçün tənzimləməni doğru yerinə yetirməlidirlər:

“Belə hallarda hansısa yolda təmir işləri gedəndə yolu yaxşı bilən sürücülər ara küçələrə daxil olur, onların ardınca başqaları da ora yönəlir. Qarşıdan da maşın gələndə, aləm dəyir bir-birinə. Bunun qarşısını almaq üçün ciddi tənzimlənməyə ehtiyac var. Çünki ara küçə olsa da, bu, ümumi istifadədə olan yoldur və insanlar evlərinə rahat girib-çıxa bilməlidirlər. Əslində, belə xaotik vəziyyət yaranmamalıdır. Normalda evlər bir-birinin ağzının içində tikilməməli idi. Amma ya zəlzələdən, ya vəlvələdəb bu vəziyyət yaranıb. İndi elə etmək lazımdır ki, oradakı vəziyyət düzgün tənzimlənsin. Bu formada nəqliyyatın hərəkəti həqiqətən də biabırçılıqdır. Mən həqiqətən istərdim ki, o ərazilərdə hərəkətin təşkili ilə bağlı ciddi addımlar atılsın. Əvvəlcə müayinələr aparılmalı, giriş və çıxış istiqamətləri müəyyənləşdirilməlidir. Əvvəllər bəzi küçələrdə bu cür tədbirlər görülüb və yaxşı nəticə verib. Deməli, hazırda da sözügedən küçədə və digər ərazilərdə də vəziyyəti təhlil edib, hərəkəti nizamlı və yararlı vəziyyətə gətirmək mümkündür. Xaosu idarə olunan bir mühitə çevirmək olar”. 

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
avtosfer.az

1Mənbələr