AZ

Böyük Britaniya və Fransa Polşaya təyyarə göndərməyi təklif edib

Böyük

Böyük Britaniya və Fransa, Polşanın hava məkanını pozan bəzi PUA-lar ilə bağlı olaraq, Polşaya Eurofighter və Rafale döyüş təyyarələri göndərməyi təklif edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşanın Müdafiə naziri Vladislav Kosinyak-Kamış Seimdə (parlamentin aşağı palatası) bəyan edib.

"Fransız və Britaniya NATO-nun şərq cinahını Eurofigher və Rafale təyyarələri ilə qorumaq baxımından öz bəyanatlarını dəstəkləyirlər", – deyə Kosinyak-Kamış bildirib.

Bundan əlavə, Kosinyak-Kamışın sözlərinə görə, Niderlandlar Polşaya üç mövcud Patriot raket batareyasından ikisini göndərməyi sürətləndirir.

Məryəm Quliyeva

Seçilən
15
1
xalqcebhesi.az

2Mənbələr