AZ

Tiber çayının suyu çirklənmədən təmizlənəcək

Hazırda Tiber çayında suyun çirklənmə səviyyəsi insan sağlamlığı üçün təhlükə yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Roma şəhərinin meri Roberto Qualtieri deyib.

O vurğulayıb ki, çayın suyunun təmizlənməsi üçün institutlararası İşçi qrupu yaradılıb, bu qrup üçün lazımi investisiyalar ayrılacaq.

Roma meri deyib ki, mümkün xərclərlə bağlı qiymətləndirmələr aparılıb: “Bu, Parisdəkindən aşağı olacaq. Çünki Sena çayında yüksək səviyyədə çirklənmə var idi”.

Roberto Qualtieri diqqətə çatdırıb ki, həyata keçirilən işlər nəticəsində 5 ildən sonra Tiber çayında çimmək mümkün olacaq.

Seçilən
12
2
yeniazerbaycan.com

3Mənbələr