AZ

"Dünyada son 80 ildə Azərbaycan kimi tam və mütləq qələbə qazanan ölkə olmayıb" - DEPUTAT

"Dünyada son 80 ildə Azərbaycan kimi tam və mütləq qələbə qazanan ölkə olmayıb" - DEPUTAT"Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən Müharibəsində və 23 saatlıq Dövlət suverenliyinin tam bərpası əməliyyatı zamanı həm hərbi, həm də diplomatik uğurlar qazanılaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Azərbaycanın necə böyük qələbə qazandığını hər keçən gün daha əyani dərk edirik. Dünyada son 80 ildə Azərbaycan kimi tam və mütləq qələbə qazanan ölkə olmayıb".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, tarixi Vaşinqton görüşü zamanı Azərbaycanın son həmləsi - sülh sazişinin paraflanması üçün məhz, dünyanın bir nömrəli ofisini seçməsi və dünyanın lider ölkəsinin rəhbərinin iştirakı ilə bunu etməsi Prezident İlham Əliyevin növbəti xarici siyasət uğuru idi:

""Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in paraflanması, qalan iki əsas şərtin də Ermənistana qəbul etdirilməsi və ən önəmlisi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsi Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı "Zəngəzur dəhlizi açılacaqdır" diktəsinin reallaşmasıdır.
Zəngəzur azərbaycanlıların tarix boyunca at belində səfər etdikləri qədim yollardan biridir. Bugün Zəngəzur dəhlizinin açılması türk dünyasının əsrlərdən bəri mövcud olan bağlarının bərpasıdır. Anadoludan Mərkəzi Asiyaya uzanan qədim yol bu gün yenidən açılmaq üzrədir. Enerji ticarət və logistikada türk dünyasını bir-birinə bağlayacaq bu dəhliz Türk dünyasının ümidi və birlik vizyonudur.
Növbəti mərhələdə sülh sazişinin imzalanması üçün Ermənistanın Konstitusiya dəyişikliyini şərtdir ki, bunu da Ermənistan yerinə yetirməyə məcburdur, əks halda, ABŞ-ın etimadını birdəfəlik itirəcəkdir".

Deputat onu da vurğuladı ki, praktiki fəaliyyətə gəldikdə isə, ölkəmiz həm Zəngilan, həm də Naxçıvan tərəfdə Ermənistan sərhədinə kimi dəmiryolu xəttini hazır vəziyyətə gətirəcək:

"Zəngəzur hissəsi bizim üçün maneəsiz keçid olacaq, yüklər və sərnişinlər bu yoldan is
tifadə edərək Azərbaycanın əsas hissəsindən Naxçıvana quru yolu ilə gedə biləcək. Naxçıvan Dəmir Yollarının sərhəddi Ələt-Arazdəyan sahəsinin 300 km-dən 541,5 km olan ərazisi hesab olunur. Zəngilan rayonu ərazisində Ağbənd stansiyası, Ermənistan ərazisində isə 5 stansiya mövcuddur. Həmin stansiyalar Nüvədi, Astazur, Mehri, Kərçivan və Zərənidir. Dəhlizin Zəngəzur hissəsində dəmiryolunun tikintisi Ermənistanın öhdəliyidir. Bəzən cəmiyyətdə bununla bağlı dezinformasiyalar yayılır. Məhz, Ermənistan dəhlizə qarant olması üçün ABŞ hökuməti ilə müqavilə imzalayıb və oradan maliyyə və digər dəstəyi ala bilər. Bu yol Zəngəzur dəhlizi (TRİPP marşrutu) adlanır. Prezident Trampın yola adının verilməsi onun prosesdə "zəmanətçi" olduğunu simvolizə edir.

Sərhədlərin delimitasiya və demarkasiya prosesi isə davam edir. Tərəflərin bu proses çərçivəsindən bir-birinin ərazisinə ayaq basması da sülhün və etimad-quruculuğunun bariz göstəricilərindəndir. Həmçinin, baş nazir Nikol Paşinyanın təyyarəsi də Azərbaycan tərəfinin icazəsi ilə ölkəmizdən keçərək Çinə səfər edib. Bütün bunlar paraflanmış sülh sazişindən doğan irəliləyişlərdir. Hər bir halda, sülh regiona tərəqqi, iqtisadi güc gətirəcək.

Regionda yeni logistik imkanlar açılır, beynəlxalq marşrut istifadəyə veriləcək. Bununla da Şərq-Qərb və Şimal-Cənub maşrutu boyunca yeni quru yolu açılmış olacaq və həm Avropa, həm də Asiya üçün yeni dividentlər gətirəcək. Azərbaycan və Ermənistan isə tranzit ölkə olaraq bu layihədən yararlanacaq".

Seçilən
38
sonxeber.az

1Mənbələr