AZ

Fransalı deputat TikTok a qarşı cinayət işi açıb

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransa Sosialist Partiyasının üzvü, deputat Artur Delaport TikTok-a qarşı cinayət işi qaldırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Tik-Tok-un sosial şəbəkə istifadəçilərinin həyatını təhlükəyə atdığını iddia edir.

“Bu, diqqəti cəlb etmək, istifadəçiləri tələyə salmaq və onlardan pul qazanmaq üçün nəzərdə tutulmuş dəhşətli alqoritmik maşındır”, - deyə Delaport bildirib.

Fransız siyasətçi qeyd edib ki, TikTok təhlükələrdən xəbərdar olmasına baxmayaraq, hər hansı bir addım atmır. A.Delaport platformanın 18 yaşına çatmayanlar üçün canlı yayımı və fərdiləşdirilmiş alqoritmləri qadağan etməyi və istifadəçilərin psixi sağlamlığına dəyən zərərin xərclərinin Tik-Tok tərəfindən ödənilməsini təklif edib.

Delaportun rəhbəri olduğu Parlament Komissiyasının TikTok-un 15 yaşından kiçik uşaqlara psixoloji təsirləri ilə bağl hesabatı da açıqlanıb.

Hesabatda 15 yaşdan kiçik uşaqlar üçün sosial media platformalarına tam qadağa qoyulması və axşam saat 22:00-dan səhər saat 08:00-a qədər 15-18 yaşlı gənclərin bu platformalara girişinin bloklanması təklif edilib.

İsgəndər Həsənov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
525.az

1Mənbələr