AZ

Tramp Lukaşenkoya xüsusi məktub və hədiyyə göndərdi: “Sizin üçün dua edirik”

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp Belarus lideri Aleksandr Lukaşenkoya hədiyyə olaraq Ağ Evin təsviri olan qol düymələri göndərib. Hədiyyəni Trampın nümayəndəsi Con Koul Minskə səfəri zamanı təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə BelTA yazır.

"Artıq Oval kabinetdən çıxırdım. O məni saxladı və dedi: "Gözlə, dayan, dayan, bunu prezidentə verməyi unutma”, – deyə Con Koul detalları bölüşüb.

"Bəli, maraqlı qol düymələridir. Üstündə Ağ Evin təsviri var, – hədiyyəyə baxan Lukaşenko cavab verib. – Mən də çalışaram borclu qalmayım”.

Bundan əlavə, Tramp Lukaşenkoya bir neçə gün əvvəlki ad günü münasibətilə məktub-təbrik göndərib.

"Biz qarşıdan gələn ilə ümidlə baxırıq. Biz sizin sağlamlığınız və rifahınız, həmçinin ortaq məqsədlərimizə nail olmaq üçün irəliləyiş naminə dua edirik”, – Tramp məktubda yazıb.

Məktub ABŞ prezidentinin şəxsi imzası ilə göndərilib. Koulun sözlərinə görə, bu "xüsusi dostluq nişanıdır”.

Xatırladaq ki, avqust ayında ABŞ prezidenti Donald Tramp Belarusun "prezidenti” Aleksandr Lukaşenko ilə "əla” söhbət etdiyini bildirmişdi. Onun sözlərinə görə, zəngin məqsədi Lukaşenkoya 16 məhbusun azad olunmasına görə təşəkkür etmək olub.

Rusiya KİV-lərinin məlumatına görə, "Belarus prezidenti” Trampı ailəsi ilə birlikdə Minska dəvət edib və guya bu dəvət qəbul olunub.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
qaynarinfo.az

1Mənbələr