AZ

“Lill”in vingeri 1 il Azərbaycanda çıxış edəcək - RƏSMİ

“Sabah” heyətini yeni legionerlə gücləndirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc futbolçu Aaron Maluda“Lill”dən (Fransa) 1 illik icarəyə götürülüb.

Maluda Fransada “Lion”un yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim” klublarının ikinci və əsas komandalarında oynayıb.

Vinger mövqeyində çıxış edən Aaron, Fransanın U-19 millisinin də üzvü olub.

Masazır təmsilçisi bunadək Fəxri Məmmədli ("Şamaxı"dan icarədən qayıdıb),Valdas Dambrauskas (baş məşqçi), Akim Zedadka ("Pyast", Polşa) Stiv Solvet (“Martiq”, Fransa), Zinədin Uld Xaled ("Anje", Fransa), Timoteuş Puxaçı (icarə, “Holştayn Kil”, Almaniya) sıralarına qatıb.

Seçilən
12
sportinfo.az

1Mənbələr