AZ

Ermənistanda merin oğlu saxlanıldı - FOTO

Gümrü şəhərinin meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki, İstintaq Komitəsi "hədə-qorxu ilə tələb etmə" faktı üzrə cinayət işi çərçivəsində bir nəfərin tutulduğunu təsdiqləsə də, ad açıqlamayıb.

Vardan Qukasyan erməni mətbuatına açıqlamasında bildirib ki, oğlu uşaqlarını bağçaya apararkən bir neçə polis maşını ilə gələn əməkdaşlar tərəfindən onların gözü qarşısında saxlanılıb. Mer bu hadisəni siyasi motivli hesab edir və həbsin səbəbini oğlunun Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyanın işi üzrə məhkəmə iclasında iştirakı ilə əlaqələndirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
25
milli.az

1Mənbələr