AZ

IEA: Azərbaycan avqustda "OPEC+" kvotasından gündəlik 90 min barel geri qalıb

Bu ilin avqust ayında Azərbaycanda gündəlik neft hasilatı 460 min barel təşkil edib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına görə, bu, iyul ayının göstəricisindən 10 min barel (450 min barel) çoxdur.

IEA analitiklərinin hesablamalarına görə, avqustda Azərbaycanda gündəlik neft hasilatı "OPEC+" sazişi çərçivəsində plandan gündəlik 90 min barel geri qalıb.

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya əsasən, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Seçilən
3
2
banco.az

10Mənbələr