AZ

Rusiyanın neft gəlirləri beşillik minimuma düşüb

Rusiyanın neft və neft məhsullarının satışından əldə etdiyi gəlir avqust ayında Ukraynaya qarşı tammiqyaslı müharibənin başlanmasından bəri ən aşağı səviyyələrdən birinə düşüb.

Musavat.com
xəbər verir ki, məlumat Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında əksini tapıb.

BEA-nın məlumatına görə, neft və neft məhsullarının ixracından əldə olunan gəlirlər avqustda iyul ayı ilə müqayisədə 920 milyon dollar azalaraq 13,51 milyard dollar olub.

Avqustda Rusiyanın neft və yanacaq ixracı iyul ayı ilə müqayisədə gündəlik 70 min barel azalaraq 7,3 milyon barrelə düşüb: “Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər təxminən beş ildə ən aşağı səviyyədə qalır, bu, vergi daxilolmalarını azaldır və Rusiyada iqtisadi ləngiməni gücləndirir”.

BEA həmçinin OPEC+ razılaşmalarına uyğun olaraq avqust ayında Rusiya neft hasilatının gündəlik 30 min barrel azalaraq 9,3 milyon barrelə düşdüyünü bildirib.

Musavat.com

Seçilən
41
musavat.com

1Mənbələr