AZ

Avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı prosedur sadələşdirildi

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”yə dəyişiklik edib.

Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin talonun təqdim edilməsinə bərabər tutulacaq.
 
Seçilən
23
4
yenilik.az

10Mənbələr