AZ

Çexiya 2022-ci ilin fevralından bəri Ukraynaya 369 milyon dollar hərbi yardım göndərib

2022-ci il fevralın 24-dən etibarən Çexiya Ukraynaya ümumilikdə 7,7 milyard kron (təxminən 369 milyon dollar) məbləğində hərbi yardım göstərib.

Operativ Media xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi Çexiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, respublika Ukraynaya 2,1 mindən çox texnika və milyonlarla patron tədarük edib. Bundan əlavə, Çexiyanın Ukrayna Silahlı Qüvvələri üçün üçüncü ölkələrdən demokratik dövlətlər hesabına artilleriya mərmilərinin alınması təşəbbüsünün icrası üçün 865 milyon kron (təxminən 41,5 milyon dollar) ayrılıb. Çexiyanın Baş naziri Petr Fialanın daha əvvəl bildirdiyi kimi, 2025-ci ilin əvvəlindən Ukrayna bu təşəbbüs çərçivəsində 1,1 milyon iri çaplı mərmi alıb.

Agentlik həmçinin xatırladıb ki, ölkə NATO müttəfiqlərindən Ukraynaya göstərdiyi hərbi yardıma görə təzminat alıb. Belə ki, ABŞ-dən hərbi texnikanın alınması və modernləşdirilməsi üçün 325 milyon dollar, Avropa İttifaqının ixtisaslaşmış fondlarından isə 91 milyon avrodan çox vəsait daxil olub.

Seçilən
6
operativmedia.az

1Mənbələr