Böyük qızına qarşı nalayiq hərəkətlər etməkdə şübhəli bilinən məşhur çoxarvadlı İvan Suxov ifadə vermək üçün Rusiya İstintaq Komitəsi qarşısına çıxmağa hazırdır.
Publika.az xəbər verir ki, bunu TASS-a onun vəkili Aleksandr Poçuyev deyib.
Vəkilin sözlərinə görə, Suxov saxlanılmayıb, lakin o, hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənmək niyyətində deyil.
"İstintaq onun harada olduğunu bilir", - deyə Poçuyev vurğulayıb.
Qeyd edək ki, Vladimir vilayətinin müstəntiqləri sentyabrın 10-da məşhur çoxarvadlıya qarşı cinayət işi açıblar. İyunun əvvəlində qızı onu təcavüzdə ittiham edib. Qızın sözlərinə görə, o, 14 yaşından atasının intim hərəkətlərinə dözüb.