Nepalda baş verən kütləvi iğtişaşlar nəticəsində 15 mindən artıq məhbus cəzaçəkmə müəssisələrindən qaçıb.
Milli.Az xəbər verir ki, qaçışlar ölkənin müxtəlif şəhərlərində yerləşən ümumilikdə 25 həbsxanada qeydə alınıb.
Qaçanlar arasında adamöldürmə, cinsi zorakılıq, adam oğurluğu və insan alveri kimi ağır cinayətlərə görə məhkum olunmuş şəxslər də var. Ölkənin Penitensiar qurumu dəqiq rəqəmləri açıqlamasa da, sayın artacağı gözlənilir. Hazırda polis və ordu qüvvələri məhbusların tutulması üçün ölkə üzrə genişmiqyaslı əməliyyat aparır.
Milli.Az