AZ

Marsda yaşamın olmasına dair ən güclü DƏLİL

“Perseverance” kəşfiyyat aparatı Cezero Kraterindəki qədim bir çay yatağında tapdığı lil daşlarının üzərində “leopard naxışları” və “xaşxaş toxumu” adlanan diqqətçəkici izlər aşkarlayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, alimlər düşünürlər ki, bunlar milyardlarla il əvvəl Marsda yaşamış ola biləcək mikroblarla bağlı kimyəvi reaksiyalardan qaynaqlana bilər.

Tədqiqatçılar bildirirlər ki, qayaların tərkibində aşkarlanan minerallar üzvi maddələrlə reaksiyaya girib və bu reaksiyalar nəticəsində yeni minerallar əmələ gəlib. Dünyadakı oxşar şəraitlərdə bu cür reaksiyalar adətən mikroblar tərəfindən həyata keçirilir.

“Imperial College London”un professoru Sanjeev Gupta belə deyib: 

“Əgər bu izləri Dünyada görsəydik, onları biologiya ilə, yəni mikrob prosesləri ilə izah edərdik. Ona görə də birbaşa ‘yaşam tapıldı’ demirik, amma çox güclü bir ipucu əldə etdik”.

NASA vurğulayır ki, tapılan bu qaya nümunələrinin Yerə gətirilməsi və orada incələnməsi qəti nəticə verə bilər. “Perseverance” nümunələri kapsullarda saxlayır. Ancaq ABŞ-nin 2026 büdcəsində nəzərdə tutulan ixtisarlar səbəbindən “Mars nümunələrinin geri gətirilməsi” missiyası ləğv olunmaq təhlükəsi ilə üz-üzədir. Çin isə 2028-ci ildə oxşar bir missiya planlaşdırır.

Seçilən
2
manset.az

1Mənbələr