AZ

İncəsənət təhsilində fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq

Bakı. Trend:

Azərbaycan bəstəkarlıq məktəbinin banisi, görkəmli sənətkarÜzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə genişşəkildə qeyd olunur. Bu yubiley münasibətilə incəsənət təhsilindəfəaliyyət göstərən müəllimlərin əməyinin qiymətləndirilməsi vəstimullaşdırılması məqsədilə yeni mükafat təsis edilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikası MədəniyyətNazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgəlayihəsi olaraq həyata keçirilən “Üzeyir Hacıbəyli Mükafatı” musiqivə incəsənət məktəbləri, mərkəzlərinin pedaqoji fəaliyyətindəxüsusi nailiyyətlər göstərmiş müəllimlərə təqdim olunacaq.

Layihə çərçivəsində ümumilikdə 25 müəllim müxtəlif sahələr üzrəmükafatlandırılacaq. Namizədlərin seçimi müsabiqə yolu iləaparılacaq və iki mərhələdən ibarət olacaqdır:

Birinci mərhələdə təqdim edilən sənədlərin ekspertizası həyatakeçiriləcək;

İkinci mərhələdə isə namizədlər ixtisasları üzrə açıq dərstəqdim edəcəklər.

Namizədlərin fəaliyyətinin qiymətləndirilməsi EkspertKomissiyası tərəfindən aparılacaq, mübahisəli məsələlərə isəApellyasiya Komissiyası baxacaq. Nəticələrə əsasən, ən yüksək baltoplamış 25 müəllim “Üzeyir Hacıbəyli Mükafatı”na layiqgörüləcək.

Seçilən
28
22
az.trend.az

10Mənbələr