AZ

Gürcüstanın sabiq müdafiə naziri həbs edilib

Tbilisi, 11 sentyabr, AZƏRTAC

Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze sentyabrın 11-də həbs olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cuanşer Burçuladze dövlət siyasi vəzifəsini tutan şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və qanunsuz gəlirlərinin leqallaşdırılması faktı ilə bağlı məhkəmənin qərarı əsasında həbs edilib”, – deyə məlumatda bildirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
9
1
azertag.az

2Mənbələr