AZ

Naxçıvanda əsas kapitala 123 milyon manatadək vəsait yönəldilib

Bu ilin yanvar-avqust aylarında Naxçıvanda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 122,6 milyon manatdan çox vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu, bir il öncəki göstəricidən 42,4 faiz çoxdur.

Vəsaitin 30,9 milyon manatı və ya 25,2 faizi məhsul istehsalı sahələrinə, 36,96 milyon manatı və ya 30,2 faizi xidmət sahələrinə, 54,74 milyon manatı və ya 44,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala vəsait qoyuluşunun 91,65 milyon manatı və ya 74,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 33,6 faiz çoxdur.

Seçilən
8
1
vergiler.az

2Mənbələr