AZ

Epşteyn üçün yazdığı qeydə görə işdən çıxarıldı: Aranı qarışdıran ad günü dəftəri

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Ceffri Epşteynin 2003-cü ildəki 50 illik yubileyi münasibətilə hazırlanmış "ad günü dəftəri” həm ABŞ-da, həm də Britaniyada siyasi qalmaqala səbəb olub. 

Qaynarinfo xəbər verir ki, Britaniyanın Vaşinqtondakı səfiri Piter Benjamin Mandelsonun milyarder Epşteyn üçün yazdığı qeyd üzə çıxandan sonra vəzifəsindən kənarlaşdırılıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, baş nazir Kir Starmer səfirin yazışmalarının ortaya çıxmasının ardından, XİN rəhbəri Yvette Kuperdən Mandelsonun dərhal vəzifədən azad olunmasını tələb edib.

Açıqlamada, yayılan e-poçtların Mandelsonun, azyaşlı qızlara qarşı fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbsdə yargılanarkən ölən Epşteyn ilə yaxın əlaqələrinin miqyasını göstərdiyi vurğulanıb. Bu münasibətlərin, onun səfir təyin edildiyi vaxtda məlum olmadığı qeyd olunub.

"Qurbanlar nəzərə alınaraq" qərar verildi

Nazirlik açıqlamasında əlavə edilib:

"Epşteynin cinayətlərinin mağdurlarını nəzərə alaraq, səfirlikdən geri çağırılma qərarı dərhal qüvvəyə minəcək".

Məlumata görə, Mandelson vaxtilə Epşteynin məhkəmə proseslərinə qarşı çıxışlar edib. Lakin bu məlumatlar onun təyinatı dövründə hakimiyyətin əlində olmayıb.

"Ən yaxşı dostum"

Fevral ayında Vaşinqtona səfir təyin edilən Mandelsonun 2003-cü ildə Epşteynə ünvanladığı təbrik qeydi ortaya çıxıb. O, mesajında "Ən yaxşı dostum” ifadəsini işlədib və Epşteynin ətrafındakı insanlarla bağlı müşahidələrini bölüşüb.

BBC-yə açıqlama verən Mandelsonun sözçüsü isə bildirib ki, səfir Epşteyn ilə tanış olduğu üçün peşmandır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
qaynarinfo.az

1Mənbələr