AZ

Holann “Araz-Naxçıvan”ın qapıçısından üzr istəyib! - ətraflı

DÇ-2026-ın seçmə mərhələsinin sentyabrın 9-da keçirilən Norveç – Moldova oyunu 11:1 hesabıyla bitdi. Tarixində 0:10 olan ölkənin azarkeşi, jurnalisti bu hesaba təəccüblənməməlidi. Ancaq bu hesabın da ...Azərbaycana dəxli var. İş ondadı ki, qonaqların qapısını qoruyan Kristian Avram “Araz-Naxçıvan”da çıxış edir.

Bəs Holannın poker etdiyi, qalan qolları Osqor (4), Müre və Edeqorun vurduğu oyunda Avramın günahı nə idi? İlk qolda mövqe səhvi etdi. Holann topu qapı qarşısına göndərdi, Avram yerini tərk etdi, Müre topu boş qapıya göndərdi. İkinci qolda müdafiəçilər kobud səhvə yol verdi, topu ələ keçirən Holann fərqləndi. Avram 3-cü qolu qoltuğunun altından buraxdı. Holannın 53-cü dəqiqədə vurduğu 4-cü qola da mane ola bilərdi. 5-ci qolu ayaqlarının arasından buraxdı. Növbəti qolda Holann qüvvətli olmayan baş zərbəsi vurdu, Avram yenə mövqe səhvinə yol verdi və topu buraxdı. 7-ci qolu çıxarmaq mümkün olardı, amma çətinliklə. Burda ən böyük günah müdafiəçilərin üzərinə düşür. 8-ci qolda isə Holannın başla zərbəsini dəf etsə də, Osqorun təkrar zərbəsi qarşısında aciz qaldı. 9-cu qolu yenə Osqor, ancaq penaltidən vurdu. 10-cu qolda müdafiədə qarışıqlıq olsa da, qouduğu küncdən buraxdı topu. 11-ci qolda da müdafiəçilər kobud səhv etdi. Holannın 5 qol vurub, 2 məhsuldar ötürmə verdiyi oyunda Avram qəhrəman ola bilmədi.

Yeri gəlmişkən, Holann oyundan sonra “Araz-Naxçıvan”ın qapıçısından üzr istəyib, top fərqinə görə çox qol vurmağa məcbur olduğunu bildirib.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
12
football-plus.az

1Mənbələr