AZ

Ağdamda iki muzeyin ərazisindəki bina qalıqları mühafizə olunacaq

BAKI, 11 sentyabr. TELEQRAF

Ağdam şəhərində inşa ediləcək İşğal və Zəfər muzeyləri komplekslərinin ərazisində bina qalıqlarının konservasiyası üzrə layihə-smeta sənədləri hazırlanacaq.

Teleqraf xəbər verir ki, sözügedən işlərlə əlaqədar "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC “NKT-Bərpa” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən “NKT-Bərpa” MMC hazırlayacağı layihə sənədinin qarşılığında 416 005 manat alacaq.

Müvafiq işlərin icrasına ötən gündən start verilib, gələn ilin mart ayına qədər başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “NKT-Bərpa” MMC 2013-cü ilin dekabr ayında dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi İsayev Eldar Ürfət oğlu olan şirkətin 5 manat həcmində nizamnamə kapitalı var.

Seçilən
63
teleqraf.com

1Mənbələr