ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Göytəpə şəhər ərazisində əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və yollarda infrastrukturun yenilənməsi istiqamətində asfaltlanma işlərinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, asfaltlanma və yol infrastrukturu işləri şəhərin gələcəyinə edilən investisiyadır.
Bu layihələr həm nəqliyyat sisteminin müasir tələblərə cavab verməsinə, həm də vətəndaşların gündəlik rahatlığının təmin olunmasına xidmət edir. Uzunmüddətli perspektivdə isə şəhərin daha gözəl, təhlükəsiz və yaşanılan məkana çevrilməsinə zəmin yaradır.
Belə ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göytəpə şəhər ərazisində Rövşən İsmayılov küçəsində 430 metr, İnqilab Niftullayev küçəsində 310 metr, Yusif Məmmədəliyev küçəsində 240 metr, Akif Xanışov küçəsində 315 metr və Vasif Hüseynov adına 2 saylı tam orta məktəbin həyətində asfaltlanma işləri yekunlaşıb. Savalan küçəsində 110 metr və N.Nərimanov küçəsi ilə Savalan küçəsini birləşdirən döngədə 94 metr asfalt örtüyünün çəkilməsi üçün işlər yekunlaşıb, yaxın günlərdə asfaltlanma işlərinə başlanılacaqdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.